XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

19 Yanvar 2016 - 13:44

Elman Rüstəmov: “Beynəlxalq Valyuta Fondu və Dünya Bankından maliyyə cəlb olunması variantlarına baxılır”

elman-1“Bu gün manatın məzənnəsinə bir neçə amil təsir edir. Söhbət xarici amillərdən, habelə, dollarlaşma prosesi, o cümlədən möhtəkirlərin əhali arasında yaratdığı gözləntilərdir”.

“APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

“Əhali bilməlidir ki, Mərkəzi Bank digər hökumət qurumları ilə birgə ölkədə makroiqtisadi vəziyyətin stabilləşməsi, o cümlədən, manatın məzənnəsinin dinamikasının, onun proqnozlaşdırılan kəskin üzməsinin qarşısını almaq üçün çox güclü tədbirlər görmək fikrindədir, iqtidarındadır. Prezident İlham Əliyev ötən gün keçirilən iclasda bizə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı daha da genişləndirməklə bağlı tapşırıq verdi. Bunlara Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı adidir. Beynəlxalq maliyyə qurumları ilə danışıqlar, müəyyən investisiya proqramları, o cümlədən, prezidentin nəzərdə tutduğu genişmiqyaslı struktur islahatları proqramı çərçivəsində ölkəyə maliyyə resurslarının cəlb olunması variantlarına da baxılır. Artıq Mərkəzi Bank, Maliyyə Nazirliyi və digər qurumlar beynəlxalq maliyyə qurumları ilə əlaqədədir. Biz bu imkanlardan geniş istifadə edəcəyik”, – deyə E. Rüstəmov bildirib.