XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

15 İyul 2018 - 10:39

“Qızların təhsil almaması dünyaya 30 trilyon dollar zərər vurur” –Dünya Bankı

Qızların təhsillərini tamamlaya bilməməməsi dünya üçün 30 trilyon dollara qədər gəlir və məhsuldarlıq itkisi ilə nəticələnə bilər. Bu barədə məlumat Dünya Bankının sonuncu hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, orta təhsili tamamlamış qadınların çalışması ehtimalı xeyli çoxdur və onların qazancı məktəb təhsili olmayanlarla müqayisədə təxminən iki dəfə artıqdır.

Dünya bankı bildirir ki, dünyada 6 və 17 yaş arası 132 milyon qız məktəbə getmir.

Hesabatda əlavə edilir ki, əgər dünyada olan hər qız 12 illik keyfiyyətli təhsil proqramını tamamlamağa müvəffəq olsaydı, o zaman qadınların həyat boyu qazandıqları gəlir 15 trilyon dollardan 30 trilyon dollara qədər artardı:

“Bütövlükdə mesaj çox aydındır. Qızları təhsilləndirmək yalnız atılmalı olan doğru addım deyil, bu, həm də ölkələrin inkişaf potensiallarını reallaşdırmaq üçün iqtisadi və strateji əhəmiyyətli məsələdir.”

Qızların orta məktəbi bitirməsinə nail olmaq üçün görülməli işlər arasında uşaq nikahlarının sayının azaldılması, yüksək əhalisi olan ölkələrdə doğuş nisbətinin azaldılması, uşaq ölümünün azaldılması daxildir. (amerikanınsəsi.org)