XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

21 Yanvar 2016 - 12:13

 Qərb ekspertləri: “İranın bazara çıxması neftin qiymətini 20 dollara endirəcək”

Analitiklər İrana qarşı sanksiyaların ləğv edilməsindən sonra bu ölkədə neftin hasilatının artırılması nəticəsində neftin barrel qiymətinin 20 dollar səviyyəsinədək geriləməsinin mümkün olduğunu bildirirlər.

Anadolu agentliyi xəbər verir ki, mərkəzi ofisi Londonda olan “FGE” məsləhətçilik şirkətinin neft mütəxəssisi Cüneyt Kazokoğlu İranın təklifin çox olduğu bazara çıxarmağı planlaşdırdığı “Brent” markalı neftin barrel qiymətinin 20 dollaradək ucuzlaşmasına səbəb olacağı qənaətindədir.

iran neftİranın əksəriyyəti ölkənin sahillərində tankerlərdə saxladığı 40-50 milyon barrel neftinin olduğunu deyən C.Kazokoğlu rəsmi Tehranın neft ixracının qısa müddətdə 500 min barrel artmasının real göründüyünü bildirib. O, İranın neft hasilatının gündəlik 500 min barrel artaraq ilin sonunadək 3,5 milyon barrelə çatacağını düşündüyünü deyib.

Mərkəzi ofisi Londonda olan araşdırma şirkəti “BMI” qocaman neft analitiki Kristofer Haines də İranın təsiri ilə qiymətlərin ucuzlaşacağını və 20 dollar səviyyəsində qalacağını deyib. O, sanksiyalardan əvvəl İranın Avropa bazarlarına 500 min barrel neft ixrac etdiyi və sanksiyalardan sonra da bu ölkənin ilk hədəfinin yenə Avropa bazarı olacağını vurğulayıb.

ABŞ-ın “IHS” məsləhətçilik şirkətinin neft mütəxəssisi Spenser Velç isə İrandakı neft quyularının bir qisminin 3-4 ildir ki bağlı olduğunu deyib. O, İranın neft hasilatının bu ilin ortalarınadək gündəlik 400 min barrel arta biləcəyini bildirib.

S.Velç həmçinin İranın hasilatının gündəlik 1 milyon barrel artırmasının bir ildən daha çox vaxt tələb etdiyini qeyd edib.