Prezident Donald Tramp hər bir Çin məhsuluna tarif vergisi qoymağa hazır olduğunu dedikdən sonra cümə günü səhm bazarlarında kəskin eniş müşahidə olunmaqdadır.
CNBC biznes telekanalına verdiyi müsahibədə Tramp “mən 500-ü hədəf almağa hazıram” deyib. O, bununla hər il Çindən idxal olunan $505.5 milyard dollar həcmində əmtəəni nəzərdə tutub.
İndiyədək administrasiya Çinlə ticarət ixtilafı əsnasında həmin ölkənin mallarının $34 milyard dollarlıq kəsiminə tarif vergiləri tətbiq edib. Dou səhm birjasında dəyərlər kəskin edib.
Çin valyutası yuan son 12 ayda ən aşağı nöqtəsinə düşərək dollara nisbətdə 6.8-ə enib. Bu eniş fevraldan bəri müşahidə olunan 7.6 faiz dəyər itirimi təşkil edir. Bəzi ABŞ biznesləri cavab tədbirlərindən narahat olaraq Tramp administrasiyasına müqavimət göstərirlər. Tramp Ticarət Nazirliyinə avto-idxalın milli təhlükəsizliyə nə dərəcədə təhlükə törətdiyini araşdırmağa göstəriş verib.
Bu ilin əvvəlində ABŞ prezidenti milli təhlükəsizliyi əsas gətirərək idxal olunan polad və alüminiuma tarif vergiləri tətbiq edib.