XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

23 İyul 2018 - 09:39

Azərbaycanda qoyunların sayı azalıb –Dövlət Statistika Komitəsi

2018-ci il iyulun 1-i vəziyyətinə ölkə üzrə 2691,3 min baş iribuynuzlu mal-qara, o cümlədən 1290,7 min baş inək və camış, 8649,0 min baş qoyun və keçi mövcud olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 2017-ci il iyulun 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 16,4 min baş (0,6 faiz), o cümlədən inək və camışların sayı 9,2 min baş (0,7 faiz), qoyun və keçilərin sayı 118,1 min baş (1,3 faiz) azalıb.