XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 July 2018 - 12:04

Bəzi dövlət qurumları istifadəsiz avtomobillərini satışa çıxardı –Siyahı + qiymətlər

Bəzi dövlət qurumları istifadəsiz avtomobillərini hərraca çıxarıb.

Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi 21 avqust tarixində açıq auksion təşkil edəcək. Hərraca ümumilikdə 4 dövlət qurumunun 9 avtomobili təqdim edilib.

Balansında olan istifadəsiz avtomobilləri satmaq istəyən qurumlar Bakı Şəhər İcra hakimiyyəti, Mərkəzi Bank, Nazirlər Kabineti və Daxili İşlər Nazirliyidir.

İcra 1, MB 2, NK 2 və DİN isə hərraca 4 avtomobil təqdim edib.

Auksiona təqdim edilən ən bahalı avtomobil Nazirlər Kabinetinin balansındakı BMV-730 markalı maşındır. Avtomobil üçün ilkin satış qiyməti 15.750 manat müəyyən edilib.

Ən ucuz avtomobil isə BŞİH-nin balansındakı QAZ-31029 markalı maşındır. Onun da ilkin satış qiyməti 720 manatdır/Axar.az.