XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2016 - 19:06

Putinin sevimli eks-naziri:“Ağlımıza da gəlmirdi ki, neft belə ucuzlaşacaq”

kudrin“Neftin qiymətinin belə kəskin düşməsini heç kim gözləmirdi. Bu yeni reallığın gətirdiyi böhranın pik həddi hələ qarşıdadır”.

Strateq.az bildirir ki, bu sözləri Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin Davos forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, pik deyərkən, ÜDM-in enişini və investisiyaların azalmasını nəzərdə tutur.

Kudrin qeyd edib ki, belə neqativ tendensiyanın Rusiya iqtisadiyyatına və əhalinin həyat səviyyəsinə təsir göstərəcəyindən narahatdır: “2016-cı il özündə risqləri daşıyır. Nə prezidentin köməkçiləri, nə də mən düşünmürdük ki, neftin qiyməti bu səviyyədə enəcək. Odur ki, böhranın pik həddi hələ qabaqdadır”.