Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti son bahalaşmadan sonra 8 min dollardan aşağı düşüb.
Trend-in məlumatına görə, kriptovalyutanın həftənin əvvəlində qiyməti 8 min dollara çatıb.
“CoinMarketCap” portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 3,39% ucuzlaşaraq 7,94 min dollar təşkil edib.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 290,8 milyard dollar təşkil edir və bunun 46,8% faizi bitkoinin payına düşür.