XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 İyul 2018 - 11:53

“S&P”dən Azərbaycan iqtisadiyyatı ilə bağlıPROQNOZ

Azərbaycan iqtisadiyyatı 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacaq. Trend-in məlumatına görə, bu göstərici “Standard & Poor’s” reytinq agentliyinin hesabatında qeyd olunub.

“Standard & Poor’s” reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini yerli və xarici valyutalarda “ВВ+/В” səviyyəsində təsdiq edib. Reytinqlər üzrə proqnoz müsbət qeyd edilib.

Agentlik həmçinin hesabatında qeyd edib ki, Azərbaycan qazının Türkiyə və Avropaya tədarükünü nəzərdə tutan “Şah Dəniz” qaz kondensat yatağının hazırlamasının ikinci mərhələsi iyulun əvvəlində tamamlanıb ki, bu da öncədən planlaşdırılmış qrafikə uyğun olub.

Hesabatda qeyd edilir: “Növbəti 4 ildə qaz ixracının tədricən artmasını gözləyirik. Belə ki, layihə tam miqyası ilə işə düşəcək və bu, daha geniş iqtisadi fəallığı özündə ehtiva edir”.