XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 January 2016 - 17:37

Çindən ötən il 1 trilyon dollar çıxarılıb –Nəhəng ölkənin iqtisadiyyatına böyük zərbə

cin-vayuta2015-ci ildə Çindən çıxarılan kapitalın ümumi dəyəri 1 trilyon dolları keçib. 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, milli valyuta yuanın devalvasiyası, fond bazarlarında düşüş və iqtisadi artım templərinin zəifləməsi fonunda xarici kapitalın qaçışı geniş miqyas alıb.

2014-cü ildə 134 milyard dollar kapitalın çıxarıldığı Çin ötən ildə bu göstəricinin 7 dəfə artması ilə üzləşib. Təkcə sentyabr ayında ölkəni 194 milyard dollar kapital tərk edib.

Çinin valyuta ehtiyatları isə 513 milyard dollar azalaraq 3,3 trilyon dollara düşüb.