XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2018 - 21:45

Bu ilin altı ayı ərzində 19,38 milyon ton neft hasil edilib- SOCAR

Cari ilin ikinci rübündə SOCAR üzrə neft hasilatı 3,6 faiz artaraq 1,9 milyon tona yüksəlib, qaz hasilatı isə 5,29 faiz artaraq 1,66 mlrd. kub metrə çatıb.

SOCAR-dan Trend-ə verilən məlumata görə, 6 ay ərzində SOCAR üzrə 3,7 milyon ton neft 3,2 mlrd. kub metr qaz hasil olunub.

Ölkə üzrə 2018-ci ilin altı ayı ərzində ümumilikdə 19,38 mln. ton neft, 14,36 mlrd. kub metr qaz hasil edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 1,2%, qaz hasilatında isə 3,1% artım təşkil edib.