XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

22 Aprel 2015 - 16:09

“Alfa Sığorta” bağlanır?! -İşçilər ixtisara salınır

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərindən birinin fəaliyyətini dayandıracağı ilə bağlı xəbərlər yayılıb. Söhbət əsasən kasko sığortası üzrə ixtisaslaşmış “Alfa Sığorta” şirkətindən gedir.

Strateq.az xəbər verir ki, şirkətin əməkdaşlarından birinin fins.az-a verdiyi məlumata görə, son günlər “Alfa Sığorta”da işçilər kütləvi şəkildə ixtisar edilir, onlara bunun konkret səbəbi isə açıqlanmır. Bununla belə, gəzən şaiyələrə görə “Alfa Sığorta”nın təsisçisi (100% “Bank Technique”) sığorta bazarını tərk etmək fikrinə düşüb. Yaxın günlərdə təsisçinin qərarı ilə şirkətin fəaliyyətinin dayandırılacağı gözlənilir.

“Bank Technique”dən məsələyə münasibət bildirmək istəməsələr də, “Alfa sığorta” şirkətinin İdarə Heyətinin sədri Camal Əliyev bununla bağlı fins.az-a açıqlama verib. Onun sözlərinə görə, bu mövzuda nə rəsmi, nə də qeyri-rəsmi hər hansı məlumata malik deyil: “Təsisçi belə bir qərar qəbul etsəydi, ilk öncə şirkət rəhbəri kimi mənə məlumat verilərdi”.

Bununla belə, “Alfa Sığorta”da işçilərin ixtisarının bu gün də davam etdiyi bildirilir.

Bu arada onu da qeyd edək ki, sığorta qanunvericiliyinə əsasən, hansısa şirkətin bazarı tərk etməsi onu öz müştəriləri qarşısında götürdüyü öhdəliklərdən azad etmir. Yəni, sığortaçı fəaliyyəti dövründə bağladığı bütün müqavilələrin müddəti başa çatana qədər baş verən sığorta hadisələrinə görə ödəniş verməlidir.