XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

01 Avqust 2018 - 12:36

AMB sədri:"Beynəlxalq Reytinq agentliklərinin Azərbaycanla bağlı reytinqi ədalətli deyil"

“Beynəlxalq Reytinq agentliklərinin (“Fitch Rating” və “Standard and Poors”) Azərbaycanla bağlı reytinqi ədalətli deyil. Onlar ölkənin mövcud iqtisadi durumunu düzgün qiymətləndirmir”.

“Report”un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib.

“Reytinqimizi yaxşılaşdırmaq potensialımız var. Bunu reallaşdırmağa hazır olmalıyıq. Bizim birgə iş reytinqin addım-addım yaxşılaşmasına və onun investisiya reytinqinin bərpasına səbəb olacaq”,- E.Rustəmov vurğulayıb.