XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

02 Avqust 2018 - 16:51

Azərbaycanda bankların müştəri bazası ilin əvvəlindən 5%-dən çox artıb –Mərkəzi Bank

Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 48 145 nəfər və yaxud 0,8% artaraq bu il iyulun 1-nə 6 069 436 nəfər təşkil edib.

Mərkəzi Bank xəbər verir ki, müştərilərin 5 974 156 nəfəri fiziki, 95 280 nəfəri hüquqi şəxslərdir. iyunda fiziki şəxslərin sayında 47 070 nəfər və yaxud 0,8%, hüquqi şəxslərin sayında isə 1 075 nəfər və yaxud 1,1% artım qeydə alınıb.

Ayrıca bu müddətdə bank müştərisi olan fərdi sahibkarların sayında da artım olub. Belə ki, bu kateqoriyadan olanların sayı 2 272 nəfər və yaxud 0,9% artaraq 247 235 nəfərə çatıb.

Xatırladaq ki, ilin əvvəli ilə müqayisədə bank müştərilərinin sayında 297 396 nəfər və ya 5,2% artıb/Report.