XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

02 Avqust 2018 - 18:39

Daha 5 min ton Azərbaycan nefti satılıb –Ukrayna birjasında

 

“Ukrtransnafta” şirkətinin Ukrayna Energetika Birjasında keçirdiyi növbəti hərracda “Cənub” Neft Terminalının rezervuarlarında saxlanılan daha 5 min ton həcmində “Azeri Light” markalı neft satılıb.

“Report” “Enkorr” saytına istinadən xəbər verir ki, Azərbaycan neftini “Ukrtatnafta” Kremençuq Neft Emalı Zavodu (NEZ) üçün alıb.

Əməliyyat əvvəlki kimi differensial rejimdə baş tutub.

Qeyd edək ki, “Ukrtransnafta” şirkəti Ukraynada neft nəqliyyat sisteminin operatorudur. “Ukrtransnafta” “Cənub” terminalından 40 min ton “Azeri Light” markalı neft satıb. Bu həcmin 35 min tonunu “Privat” qrupu, 5 min tonunu isə “Ukrqazdobıça” alıb.