XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

27 Yanvar 2016 - 11:48

 “Məgər Qazaxıstanda maliyyə intizamı pozulubmu?” –İqtisadçı Vüqar Bayramov Elman Rüstəmova etiraz etdi

vuqarbayram-1İqtisadçı Vüqar Bayramov maliyyəçi olaraq Mərkəzi Bank sədrinin “güzəşt maliyyə intizamını poza bilər” fikirlərini izah etməkdə çətinlik çəkdiyini bildirib.

O bildirib ki, kompensasiya mexanizmi tətbiq edən ölkələrdə heç bir problem yaşanmayıb:

“Mən ikinci devalvasiyadan dərhal sonra kompensasiya mexanizmini gündəmə gətirdim və əvvəlki statuslarımda da bunun nə üçün vacib olduğunu dəfələrlə izah etdim. Məgər, kompensasiya mexanizmi tətbiq edən ölkələrdə, o cümlədən Qazaxıstanda maliyyə intizamı pozulubmu?

Bir həftədə 3 bankın lisenzaiyasını ləğv edən Mərkəzi Bank üçün bankların müflişləşməsi və bundan ehtiyatlanaraq bir sıra vətəndaşların əmanətlərini banklardan çəkməsi bank sektorunda maliyyə intizamının pozulmasına işarə deyilmi?”

Ekspert hesab edir ki, Mərkəzi Bank dollarla kredit götürənlərə kompensasiya tətbiq edilməsilə bağlı müzakirələri davam etdirməlidir:

“Kompensasiya yolu ilə 2 milyon 500 mindən çox banka borcu olanların ödəmə qabiliyyətinin yaxşılaşdırılmasına nail olmaq maliyyə intizamının qorunmasına xidmət etməyəcəkdimi? Kompensasiya mexanizmini tətbiq etməməklə problemli kreditlərin həcmini potensial olaraq artırmaq maliyyə intizamına təsir etməyəcəkmi? Məhz bu sualların bəlli cavablarına görə, düşünürəm ki, Mərkəzi Bank dollar ilə kredit götürənlərə kompensasiyaların verilməsi ilə bağlı müzakirələri davam etdirməli və bu mexanizmlərdən istifadə etməlidir”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov banklardan dollarla kredit götürənlərə güzəştlərin edilib-edilməyəcəyi məsələsinə münasibət bildirərkən “hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər”,- deyib.