XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

09 Avqust 2018 - 20:22

“Biz gözləyirik ki, Azərbaycanda ÜDM-in artımı bu il 1,5 faiz, gələn il 3 faiz artacaq” –"Moody's"dən hesabat

“Moody’s” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyini gözləyir.

Agentliyin hesabatında deyilir ki, ölkə iqtisadiyyatındakı bu ilin ilk 6 ayındakı göstəricilər onu deməyə əsas verir ki, əvvəlki illərdə başlanılan və hazırda davam etdirilən islahatlar nəticələrini verməkdədir. Əlverişli xarici mühit, ötən il neft qiymətinin orta hesabla 54 dollar olması, milli valyutanın sabitliyi və inflyasiyanın azalması Azərbaycan iqtisadiyyatının bərpasına gətirib çıxarıb.

“Biz gözləyirik ki, Azərbaycanda ÜDM-in artımı bu il 1,5 faiz, gələn il 3 faiz artacaq. Bu, neft qiymətinin bahalaşmasının davam etməsi və Azərbaycan məhsullarının ixracının artımı ilə izah olunur”, – deyə hesabatda bildirilir/Azərtac.