XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

23 Aprel 2015 - 07:51

Cavid Qurbanov əmr verdi, araşdırma başladı

“Yaxin vaxtlarda dəmiryolçuların maaşları artırılacaq. Bununla bağlı Cavid Qurbanov xüsusi iclas keçirib və tapşırıqlar verib”.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. O bildirib ki, hazırda maaşların artırılması araşdırılır: “Mütəxəssislər araşdırma aparır ki, nə etmək lazımdır ki, maaşları artırmaq olsun. Artıq bununla bağlı tapşırıqlar verilib”.

N. Əzməmmədov onu da qeyd edib ki, maaş artımı hər vəzifəyə uyğun aparılacaq:

“Hər bir işə vəzifəyə görə maaş verildiyindən, həmin maaşa uyğun artım olacaq. Məsələn, maşinist, bələdçi fəqli əməkhaqqı alır. Odur ki, həmin maaşa uyğun da artım baş verəcək. Artımın nə zaman olacağı, hələ ki, məlum deyil. Mütəxəssislər bunun üzərində işləyir. Yaxın vaxtlarda maaş artımı ilə bağlı məlumat veriləcək”.

AzVision.az