XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

23 İyul 2018 - 17:59

Sabirabadda kooperasiyanın təşkili ilə bağlı tədbir keçirilibFOTO

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Kooperasiyanın İnkişafına Dəstək” İctimai Birliyinin “Kənd təsərrüfatı kooperativlərinin yaradılması və fəaliyyəti ilə bağlı kənd təsərrüfatı məhsulları istehsalçılarına institusional yardım” layihəsi üzrə Sabirabad rayonunda fermerlər üçün məlumatlandırma tədbiri keçirilmişdir.

Əlamətdardır ki, “Kooperasiyanın İnkişafına Dəstək” İctimai Birliyinin bu tədbiri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin ölkədə Kooperasiya  hərəkatına vüsat verməsi, bu sahədə ilk pilot layihəsinin Sabirabad rayonu ərazisində  icrası ilə eyni günə təsadüf etmişdir. 25 nəfər fermerin, bələdiyyə rəhbərinin, kənd təsərrüfatı mütəxəssisinin, icra nümayəndəsinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rayon Kənd təsərrüfat idarəsinin rəisi Heydər Yaqubov Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, bazarların bol ərzaq məhsulları ilə təmin olunması, bütövlükdə kəndin simasının dəyişdirilməsi, yeni infrasturuktunyaranması sahəsində son illərdə qəbul olunmuş qanun, qərar, proqramların, o cümlədən “Kooperasiya haqqında” Azərbaycan Respublikasının Qanununun və cənab Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən, bu sahədə Sabirabad rayonunda görülən və görülməsi planlaşdırılan tədbirlərdən danışmışdır.

“Kooperasiyanın İnkişafına Dəstək” İctimai Birliyinin sədri,ADİU-nin professoru, İqtisadiyyat üzrə elmlər doktoru Həsən İsrafilov kənd təsərrüfatı kooperasiyasının mahiyyəti, onun dünya ərzaq təchizatı prosesində yeri, dünyanın qabaqcıl ölkələrində kiçik fermer təsərrüfatlarının birləşərək böyük kooperasiyalar yaratması təcrübəsini faktlarla və elmi əsaslarla izah etmişdir. Kooperasiya hərəkatı haqqında çoxsaylı elmi məqalənin, monoqrafiyanın müəllifi olan H.İsrafilov Hollandiya, İsrail, İtaliya, Kanada, Türkiyə dövlətlərindəkooperasiyaların fəaliyyətini təhlil etmiş, bütövlükdə onların dünyada kənd təsərrüfat məhsullarının 50 faizdən çoxunu, bəziölkələrdə 80 faizə qədərini istehsal etdiyini, işləmə mexanizmini izah etmişdir. Prezidentimizin bu sahənin inkişafına verdiyi diqqəti ürəkdən bəyəndiyini, onun icrasının ümumi inkişafa müsbət təsir edəcəyiniqeyd edən tanınmış alim bu sahədə hər bir fermerin, bələdiyyənin, dövlət orqanının, QHT-nin, kənd ziyalılarının qarşısında duran vəzifələri göstərmişdir.

Hüquqşünas, “Kooperasiyanın İnkişafına Dəstək” İctimai Birliyinin eksperti Aydın Kərimov “Kooperasiya haqqında” Azərbaycan Respublikası Qanununun mahiyyətini və Dövlət Proqramının məzmununu şərh etmiş, torpaqdan, yerli resuslardan və yeni idarəetmə mexanizmlərindən istifadə etməklə böyük naliyyətlər əldə etməyn mümkünlüyünü qeyd etmişdir. A.Kərimov cəmiyyətimiz üçün yeni olan bu prosesdə fermerlərə hər cür hüquqi yardım göstərməyə hazır olduqlarını bildirmişdir.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yeni yaradılmış “Fermerlər, assosiasiyalar və kooperativlərlə iş” şöbəsinin müdiri Araz İsmayılov ölkəmizdə kooperasiyaların yaradılması və inkişafı ilə bağlı dövlət rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin xüsusi qayğı göstərdiyindən, onun tapşırığı ilə Kənd Təsərrüfat Nazirliyinin gördüyü tədbirlərdən, bu işdə qarşılaşdıqları problemlərdən və onalrın həlli yollarından danışaraq fermerləri, bələdiyyə və icranümayəndələrini qanunun, dövlət proqramının verdiyi imkanlardan yararlanmağa, dünya təcrübəsinin dərindən öyrənib öz fəaliyyətlərinə tətbiq etməyə çağırmışdır.

Araz İsmayılov bu gündən Sabirabad rayonu ərazisində pilot layihə kimi həyata keçirilməsi nəzərdə tutulan proqramın mahiyyətini  şərh etmiş, görüləcək işləri mərhələlər üzrə izah etmişdir. Layihənin əhəmiyyəti, hər bir fermerin əldə edəcəyi mənfəət, kooperativin idarə edilməsi məsələlərinə toxunmuş, fermerlərin suallarını cavablandmışdır.

“Kooperasiyanın İnkişafına Dəstək” İctimai Birliyinin eksperti, QHT-fəalı, beynəlxalq səviyyəli təlimçi Sevda Məmmədova Kooperasiya hərəkatında qadınların, gənclərin rolundan danışmış, kənddə yaşayan qadınlar üçün yeni iş yerlərinin yaradılması, qadınların iqtisadi müstəqilliyin artması, idarəetmədə iştirakına kooperativlərinin verəcəyi faydanı qeyd etmişdir. Məmmədova kooperasiya hərəkatında QHT-lərin rolunun artırılmasının vacibliyindən, onların bu prosesdə iştirakı yolları haqqında məlumat vermişdir. O, Kooperativlərin işğaldan azad olunan ərazilərdə yaradılmasına diqqət çəkmiş, Cocuq Mərcanlıda, Naxçıvanda Günnütdə belə kooperativlərin təşkili təcrübəsinin gələcəkdəazad olunacaq Dağlıq Qarabağda və ətraf rayonlarda tətbiqinə böyük fayda verəcəyini xüsusi qeyd etmişdir.

AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı, i.f.d., dos. İlkin Soltanlı kooperasiyaların yaradılmasının praktiki yolları, onların idarə olunmasında kooperativ üzvlərinin iştirakı mexanizmi, dividentlərin bölünməsi, kənd təsərrüfatı kreditlərindən istifadə, işçi qüvvəsindən, marketinqdən, suvarma sistemlərindən, texnikadan, nəqliyyatdan səmərəli istifadə haqqında elmi mülahizələrinibildirmişdir.

Tədbirin sonunda iştiraçkılar arasında sorğu keçirilmiş,fermerlərin problemləri, çətinlikləri, planları haqqında məlumat toplanmışdır.

İştiraçkılara praktik fəaliyyətləri üçün zəruri olan normativ hüquq aktların surətləri, praktik metodiki vəsaitlər paylanmışdır.