XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

14 Avqust 2018 - 21:01

Türkiyədən ABŞ-a daha bir cavab –Amerika istehsalı olan tikinti materiallarından imtina olundu

Türkiyə rəsmi Vaşinqtonun tətbiq etdiyi sanksiyalara cavab olaraq ABŞ istehsalı olan tikinti materiallarından imtina edib.  

“RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin ətraf mühitin qorunması və şəhərsalma üzrə naziri Murat Kurum məlumat verib.

“Bundan sonra Nazirlik tərəfindən aparılan tikinti işlərində ABŞ istehsalı olan tikinti materiallarından istifadə edilməyəcək. Qərar ABŞ-ın valyuta məzənnələrinə qarşı spekulyasiyasına cavab olaraq qəbul edilib”, – nazir deyib/Report.