XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

15 Avqust 2018 - 23:24

Azərbaycan neftinin qiyməti cüzi bahalaşdı –0,08 dollar/barel

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 73,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,08 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 14-də 73,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,07 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 14-də 69,60 dollar/barel təşkil edib ki, bu da  əvvəlki qiymətdən 0,03 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə avqustun 14-də 71,09 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,11 dollar/barel çoxdur.