XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

16 Avqust 2018 - 11:57

Türkiyə ABŞ-ın dövlət borcu istiqrazlarına investisiyaları azaldıb –  Məbləğ 28,8 milyarda enib

Bu ilin iyun ayında Türkiyə ABŞ-ın dövlət borcu istiqrazlarına investisiyaları azaldıb. 

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla da Türkiyə ABŞ-a ən çox borc vermiş ölkələrin siyahısından çıxıb.

Məlumata görə, iyunun sonunda sözügedən investisiyaların məbləği 28,8 mlrd. ABŞ dolları təşkil edib. Halbuki, mayın yekununda bu rəqəm 32,6 mlrd. dollar təşkil edib.

Xatırladaq ki, Türkiyə ABŞ-ın dövlət borcu istiqrazlarına investisiyaları ötən ilin noyabr ayından azaltmağa başlayıb. Həmin vaxt adı çəkilən maliyyə alətlərinə investisiyaların dəyəri 61,2 mlrd. dollar təşkil edib.