Azərbaycanda qızıl və gümüşün qiymətləri ucuzlaşmaqda davam edir.
Trend-in məlumatına görə, avqustun 16-da qızılın qiyməti avqustun 15-i ilə müqayisədə 23,528 manat azalaraq 1 troy unsiyası üçün 1995,6725 manat təşkil edib.
Beləliklə, qızıl Azərbaycan 20 aylıq minimumadək enib. Sonuncu dəfə qızılın qiyməti 2 min manatdan aşağı həddə 2016-cı il dekabrın 28-də düşmüşdü (1997,5722). Gümüş 0,7605 manat ucuzlaşaraq 1 unsiya üçün 24,6758 manata bərabər olub. Trend-ə görə, platinin qiyməti 30,3965 manat azalaraq 1313,1735 manat, palladiumun qiyməti isə 62,237 manat azalaraq 1457,75 manat təşkil edib.
Ad | 16.08.18 | 15.08.18 | |
Qızıl | XAU | 1995,6725 | 2019,2005 |
Gümüş | XAG | 24,6758 | 25,4363 |
Platin | XPT | 1313,1735 | 1343,57 |
Palladium | XPD | 1457,75 | 1519,987 |