XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

20 Avqust 2018 - 00:10

Azərbaycanda qızıl və gümüş bahalaşıb –QİYMƏTLƏR

Azərbaycanda qızıl və gümüşün qiymətləri bahalaşıb.

Trend-in məlumatına görə, avqustun 20-də qızılın qiyməti avqustun 17-si ilə müqayisədə 15,708 manat artaraq 1 troy unsiyası üçün 2016,081 manat təşkil edib.

Gümüş 0,2018 manat bahalaşaraq 1 unsiya üçün 25,118 manata bərabər olub.

Platinin qiyməti 18,0965 manat artaraq 1343,7905 manat, palladiumun qiyməti isə 31,331 manat artaraq 1550,0855 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.