XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2016 - 14:01

Qırğızlar dollar kreditini köhnə məzənnə ilə ödəyəcək – QƏRAR

qirqiz pulQırğızıstan əhalisinin dollarda olan ipoteka kreditləri milli valyutaya çevriləcək.

Rəsmi məlumatlara görə, ötən il Qırğızıstanın milli pul vahidi qırğız somı aparıcı dünya valyutalarına nisbətən təxminən 29% ucuzlaşıb.

Qırğızıstan sakinlərinin dollarda götürdükləri ipoteka kreditlərinin yenidən hesablanacaq. Bu barədə müvafiq sərəncamı respublika hökumətinin başçısı Temir Sariyev imzalayıb. Marja.az xəbər verir ki, məlumatı baş nazirinin mətbuat katibi Nəzirə Əhmədova bildirib.

“Baş nazirin sərəncamı bu gündən qüvvəyə minir. Onun icrası ilə bağlı bütün xərclər dövlət büdcəsinin hesabına kompensasiya ediləcək”, – Əhmədov bildirib.

Kreditlər 1$ = 62,14 som məzənnəsi ilə yenidən hesablanacaq, halbuki bu gün Qırğızıstanda dolların rəsmi məzənnəsi təxminən 76 som təşkil edir.

Fərq 574 milyon som (7,6 mln. dollar) büdcə vəsaiti hesabına ödəniləcəkdir. Yenilik yalnız o şəxslərə şamil edilir ki, maksimum 40 min dollaradək kredit götürüb.