XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

23 Avqust 2018 - 12:10

Rusiya ABŞ-ın elektron qurğularından imtina edir:"Bu məhsulları Çindən alacağıq"

Rusiya ABŞ-dan elektron qurğuların və ikili təyinatlı ehtiyat hissələrinin idxalından imtina edəcək.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Aleksey Kondratyev deyib.

Onun sözlərinə görə, Rusiya bu məhsulları üçüncü ölkələrdən alacaq: “Rusiyaya qarşı sanksiyaları nəzərə alaraq, biz bu məhsulları üçüncü ölkələrdən, xüsusilə Çindən alacağıq”.

Qeyd edək ki, avqustun 22-də ABŞ-ın Rusiyaya qarşı yeni sanksiya paketi qüvvəyə minib/Report.