XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

24 Avqust 2018 - 00:10

Almaniyanın büdcəsində 48 milyard avro artıq pul yığılıb –Rekord hədd

 Bu ilin yanvar-iyun aylarında Almaniyanın dövlət büdcəsinin profisiti 48,1 mlrd. avro təşkil edib. 

FED.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə və yaxud 29,8 mlrd. avro çox olmaqla 1990-cı ildən bəri rekord həddir. 

Almaniyanın Federal Statistika Agentliyi (Destatis) büdcə qalığının kəskin artmasını biznesin sürətli inkişafı və əmək bazarındakı əlverişli vəziyyətlə izah edib. 

Qeyd edək ki, 6 aylıq profisit ölkənin ümumi daxili məhsulunun 2,9%-i qədərdir. Bu ilin II rübündə Almaniya iqtisadiyyatı 0,5% böyüyüb.