XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

27 Avqust 2018 - 10:14

Ekspertdən bahalaşma ilə bağlı nazirə tənqidi suallar:“Məhsulun qiyməti dəyişməyibsə, niyə qiymət artımı  baş verir?

Son bir ildə manatın məzənnəsində eniş yaşanmır. Amma Azərbaycanda bir sıra sahələrdə qiymət artımı, hətta bəzi ərzaq mallarının bahalaşması davam edir.

İqtisadçı Vüqar Bayramov xadırladıb ki, Dövlət Statistika Komitəsinin açıqlamasına görə, bu il inflyasiya 3 faiz təşkil edib. O, bildirib ki, xüsusən idxal olunan məhsulların qiymətində artım var. İqtisadçının vurğulamasına görə, ən çox kərə yağının qiymətində artımlar müşahidə olunur:

“İqtisadiyyat Nazirliyi qiymət artımlarının səbəblərini araşdırmalıdır”

Sahibkarlar qiymət artmını kərə yağı istehsal olunan ölkələrdə qiymətlərin artması ilə əlaqələndirirlər.Amma bizim monitorinqlər qiymət artımlarının süni olduğunu göstərir və bunun istehsalçı ölkələrdə qiymətlərin dəyişməsi ilə birbaşa əlaqəsi yoxdur. Bəzi hallarda ərzaq məhsullarının qiyməti artıb, amma məhsulu istehsal edən ölkələrdə qiymət artımı müşahidə olunmur. İkinci, nəqliyyat xərclərində dəyişikliklər yoxdur, üçüncü, gömrükdə tariflər dəyişilməyib. Beləliklə, nəqliyyat xərcləri və gömrük rüsumları dəyişməyib, manatın məzənnəsi ötən ilin fevralından sabitdir, amma bir sıra ərzaq məhsullarının qiymətlərində artımlar var. Ona görə İqtisadiyyat Nazirliyi qiymət artımlarının səbəblərini araşdırmalıdır”.

Vüqar Bayramov sual edir ki, istehsalçı ölkədə məhsulun qiyməti dəyişməyibsə, nəqliyyat xərclərində dəyişiklik yoxdursa, nədən qiymət artımları baş verir?

“Son bir neçə gündə tərəvəz məhsullarının qiymətlərində də artm var”

“Əgər sahibkarlar qiymət artımları ilə daha çox gəlir əldə etməyə çalışırlarsa, o zaman bazar iqtisadiyyatı çərçivəsində müdaxiləyə ehtiyac var. İndiki halda əksər ərzaq məhsullarının qiymətlərinin artmasına zəmin yoxdur.Bu qiymət artımlarının hər birinin ayrılıqda araşdırılmasına və ictimaiyyətin məlumatlandırılmasına ehtiyac var. Əks halda istehlak bazarında ərzaq məhsullarının qiymətlərinin artımını müşahidə edəcəyik. Çox təəssüf ki, hətta mövsüm hələ başa çatmasa da, son bir neçə gündə tərəvəz məhsullarının qiymətlərində artm var. Ancaq bu qiymət artımları iqtisadi baxımdan izah edilə bilməz”,-deyə Vüqar Bayramov fikrini tamamlayıb. (Azadlıq Radiosu)