XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2016 - 11:19

“Heritage Foundation”: “Enerji sektoru Azərbaycanın bazar iqtisadiyyatına keçidinə kömək edib”

fonditionEnergetika sektorunun inkişafı, dünya ticarətinə açıqlıq Azərbaycanın bazar iqtisadiyyatına keçidinə kömək edib.

Nəticədə Azərbaycan “Heritage Foundation” fondunun 2015-ci il üzrə “İqtisadi Azadlıq İndeksi” hesabatında 60,2 balla 178 ölkə arasında 91-ci olub.

Yerli iqtisadiyyat «qismən azad»  (Moderately Free) ölkələr sırasındadır. Ən yaxşı göstəriciləri «fiskal azadlıq», «səmərəli idarəetmə» və «azad ticarət» üzrədir. Mülkiyyət hüququ, korrupsiyadan azadlıq üzrə göstəricilər ötən ilə nisbətən 0,8 pisləşib.

Fondun ekspertləri hesab edir ki, ölkədə muzdlu işçilərin peşəkarlıq səviyyəsi yüksək deyil, istehsal bazası genişləndirilməlidir.

Azərbaycan cədvəldə Qazaxıstan, Türkiyə və Ermənistanla qonşudur, Gürcüstandan xeyli geri qalır. RF, Qırğızıstan və Tacikistan «əsasən qeyri-azad»dır. MDB-də ən pis mövqe Belarus, Özbəkistan və Türkmənistanındır. Onların iqtisadi azadlığı «boğulur».

Ən azad iqtisadiyyatı olan ölkələr Honq Konq (88,6 xal), Sinqapur (87,8 xal), Yeni Zellandiya (81,6 xal), İsveçrə (81 xal) və Avstraliya (80,3 xal) olub.

Heritage Foundation ekspertlərinə görə, iqtisadi azadlıq olmayan yerdə ümumiyyətlə azadlıq yoxdur. Çünki o, insanlara işləmək, əldə etmək, ticarət, investisiya imkanı yaradır.