XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Avqust 2018 - 23:35

Ölkədə qızıl-gümüş bahalaşmaqda davam edir –Qiymətlər

Azərbaycanda qızıl və gümüşün qiyməti bahalaşmaqda davam edir.

Trend-in məlumatına görə, avqustun 27-də qızılın qiyməti ötən həftənin cümə günü ilə müqayisədə 31,824 manat artaraq 1 troy unsiyası üçün 2051,526 manat təşkil edib.

Gümüş 0,4952 manat bahalaşaraq 1 unsiya üçün 25,2522 manata bərabər olub.

Platinin qiyməti 19,1845 manat artaraq 1347,4965 manat, palladiumun  qiyməti isə 34,1445 manat artaraq 1597,218 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.