Vergilər Nazirliyi Azərbaycanda yeni yaradılan şirkətlərin növbəti siyahısını açıqlayıb.
FED.az-ın məlumatına görə, iyul-avqust aylarında ölkədə 216 yeni şirkət təsis edilib. Yeni yaradılan şirkətlərin 197-si yerli vətəndaşlarınındır. Qeyd edək ki, xarici vətəndaşlar arasında da Azərbaycan şirkət yaradanlar var. Belələrinin sayı 19-dur. Məlumatlardan aydın olur ki, ölkəmizdə şirkət yaradan xaricilərin əksəriyyəti İran vətəndaşlarıdır.
İran vətəndaşları bu dəfə Azərbaycanda 5 şirkət təsis ediblər. Sonrakı yerləri Türkiyə və Niderland Krallığı şirkətləri tutur.