XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2018 - 18:57

Əhalinin banklarda nə qədər pulu var? –RƏSMİ

Cari ilin avqust ayının 1-nə əhalinin bank əmanətləri 8 mlrd. 49,5 mln. manat təşkil edib.

Mərkəzi Bankdan FED.az-a bildirilib ki, əhalinin xarici valyutada əmanətləri 5 mlrd. 15,6 mln. manat, milli valyutada əmanətlərinin həcmi 3 mlrd. 33,9 mln. manat olub.

Xarici valyutada əmanətlər bütün əmanətlərin 62,3%-ni, milli valyutada əmanətlər isə  37,7%-ni təşkil edib.

Hesabat dövründə əhalinin milli valyutada əmanətlərinin həcmi 19,8% artıb. Əmanələrin dollarlaşma səviyyəsi isə azalıb. Belə ki, bu ilin əvvəlinə dollarlaşma 66,5% təşkil edib.