Azərbaycanda qızıl-gümüş bazarında qiymətlər dəyişib.
Trend-in məlumatına görə, sentyabrın 3-də qızılın qiyməti avqustun 31-i ilə müqayisədə 9,044 manat azalaraq 1 unsiya üçün 2039,983 manat təşkil edib.
Gümüş 0,2612 manat ucuzlaşaraq 1 unsiyası üçün 24,6028 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 15,3595 manat azalaraq 1337,73 manat, palladiumun qiyməti isə 4,3095 manat artaraq 1666,9945 manat təşkil edib.