XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2018 - 10:00

Özbəkistanda kriptobirjaların fəaliyyətinə icazə verildi –Virtual pullar qanuniləşdirilib  

Özbəkistanda kriptobirjaların fəaliyyəti qanuniləşdirilib.

Trend-in məlumatına görə, bu barədə “Özbəkistanda kriptobirjaların fəaliyyətinin təşkili üzrə tədbirlər haqqında” Qərarda deyilir.

Qeyd olunur ki, Özbəkistanda kriptoaktivlərin alqı-satqısı, mübadiləsi üçün elektron məkan təqdim edən təşkilat kriptobirja hesab olunacaq. Kriptobirja fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya Özbəkistan ərazisində törəmə şirkət açmaq vasitəsilə xarici hüquqi şəxslərə verilir.

Kriptobirjaların fəaliyyətinə nəzarəti, eləcə də onların qanunvericiliyə əməl etməsinə nəzarət funksiyalarını birjalara lisenziya verən təşkilat həyata keçirəcək.