XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2018 - 12:15

Samir Şərifov dövlət borcundan danışdı:“Alınan məbləğlər tam istifadə edilməyib”

Borc sazişləri üzrə alınan məbləğlər tam istifadə edilməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, imzalanan borc sazişləri üzrə məbləğlərin istifadə olunması düşünülür. Bu məbləğlər konkret layihələr üçün nəzərdə tutulub: “Xarici borcların qaytarılmasında dövlətin marağı prosesin limit çərçivəsində olmasıdır. Dünyada borcu olmayan dövlət demək olar ki, yoxdur. Onların ya daxili, ya xarici, yaxud da hər ikisinin kombinasiyasından ibarət borcu var. Bu istiqamətdə ölkə başçısı tərəfindən uzunmüddətli borcun idarəedilməsi strategiyası təsdiq olunub. Burada əsas hədəflər göstərilib və strategiyaya da uyğun işlər aparılacaq”.