XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2018 - 16:50

Qətər əmiri Avropanı heyrətləndirdi –Almaniya iqtisadiyyatına 10 milyard avro sərmayə qoyur

  

Qətər dövləti növbəti 5 il ərzində Almaniya iqtisadiyyatına 10 milyard avro məbləğində sərmayə qoymaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, Qətər Əmiri Təmim bin Həməd Al Tani bu barədə sentyabrın 7-də Berlində keçirilən iqtisadi forumda məlumat verib. “Biz Almaniya ilə əməkdaşlıq etməyimizə görə qürur duyuruq”, – deyən əmir, eyni zamanda, alman şirkətlərini Qətərdə sərmayə qoymağa çağırıb.

AFR Kansleri Angela Merkel “Almaniyaya sərmayə qoymağa marağın artmasını” alqışlayıb. Merkel bildirib ki, AFR-də iqtisadi vəziyyətin yaxşı olması səbəbindən, bu ölkə kapital qoyuluşu üçün “cəlbedicidir”. Onun sözlərinə görə Almaniya şirkətləri dünyada “çox yaxşı reputasiya” qazanıblar.

Kansler Qətər ilə “iqtisadi əlaqələrin genişləndirilməsi üçün çox geniş imkanlar” olduğunu qeyd edib. Merkelin fikrincə, energetika sektoru, xüsusən maye qaz istehsalı çox böyük potensiala malikdir. Qətər dünyada maye qazın ən böyük ixracatçısıdır. O, özünün istehsal güclərini genişləndirmək niyyətindədir.

AFR Kanslerinin fikrincə, bu cür əməkdaşlıq qaz təchizatının etibarlı olmasına xidmət edir.

ABŞ Prezidenti Donald Tramp iyul ayında Almaniyanın hakimiyyət orqanlarını neftin və qazın bir ölkədən təchizatından hədsiz asılı olmağa görə məzəmmət edib.