XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2018 - 22:03

Azərbaycanda qızıl bahalaşdı-gümüş ucuzlaşdı (QİYMƏTLƏR)

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

Trend-in məlumatına görə, sentyabrın 7-də qızılın qiyməti sentyabrın 6-ı ilə müqayisədə 7,14 manat artaraq 1 unsiya üçün 2042,7795 manat təşkil edib. Gümüş 0,0513 manat ucuzlaşaraq 1 unsiyası üçün 24,0419 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 11,713 manat artaraq 1344,105 manat, palladiumun qiyməti isə 2,0315 manat artaraq 1660,7725 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.