XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

08 Fevral 2016 - 15:31

İran nefti yüklənmiş ilk tanker Avropaya yola düşüb

neftİran ilk neftini dünya bazarına çıxarıb.

Strateq.az bildirir ki, bu barədə “The Wall Street Journal” məlumat verib. İran neftini daşıyacaq ilk qərb şirkəti İsveçrənin “Glencore AG” şirkəti olub.

Ötən cümə günü Fars körfəzindəki terminaldan şirkətin tankerinə 80 ton neft yüklənib.

Bütövlükdə İran Avropaya gündə 300 min barrel neft satmağı planlaşdırır. Məsələn, fevralın 16-da Fransanın “Total” şirkəti gün ərzində 160 min barrel nefti idxal etməyə başlayacaq.

Gələcəkdə İran neft ixracını gündə 500 min barrelə çatdırmaq niyyətindədir.