XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Sentyabr 2018 - 18:56

Altı rayonda 5 gün qaz olmayacaq –“Azəriqaz” açıqlama yaydı  

Sentyabrın 11-dən etibarən 5 gün müddətində Bərdə, Tərtər, Ağdam, Füzuli, Beyləqan, Ağcabədi rayonlarının qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Yevlax rayonunun isə rayon mərkəzi daxil olmaqla bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Qaz təchizatının dayandırılması Qərb regionu üzrə inzibati rayonların ərazilərində yerləşən qaz təchizatçılarının fasiləsiz və etibarlı şəkildə təbii qazla təmin edilməsi, həmçinin şəbəkənin qaz nəqletmə imkanının artırılması məqsədilə “Qaz İxrac” İdarəsinin balansında olan yeni çəkilmiş mövcud diametri 1020 mm-lik “Qazıməmməd-Qazax” (I xətt) magistral qaz xəttinin 182-210 km-lər arası hissəsinə birləşdirilməsi zərurəti ilə əlaqədardır.

“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.