XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

11 Sentyabr 2018 - 10:08

Nazirlər Kabineti qərarını dəyişdi  –“ŞAHDAĞ” TURİZM KOMPLEKSİ NAZİRLİYƏ QAYTARILDI

“Şahdağ” Qış-Yay Turizm Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə qaytarılıb.

FED.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib. Qərara əsasən Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Mədəniyyət Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Turizm Agentliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Qeyd edək ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi barədə” 2018- ci il 7 iyun tarixli qərarı ilə “Şahdağ” Qış-Yay Turizm Kompleksi təsərrüfathesablı qurum kimi Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyinə verilmişdi.