Birjalarda bəzi kənd təsərrüfatı məhsularının qiyməti dəyişib.
FED.az xəbər verir ki, 1 buşel qarığdalının qiyməti 1,75 sent (0,48%) artaraq 369 sent və ya 1 kiloqram qarığdalının qiyməti 13,66 sent olub. 1 buşel buğdanın qiyməti 2,25 sent (0,43%) artaraq 530,50 sentə çatıb və ya 1 kiloqram buğdanın qiyməti 19,65 sent təşkil edib.
1 funt pambığın qiyməti 0,10 sent (0,12%) azalaraq 83,75 sent olub və ya 1 kiloqram pambığın qiyməti 1,84 dollar olub.
Birjalarda qızılın qiyməti azalıb. Qızılın 1 unsiyasının qiyməti 2,30 dollar (0,19%) azalaraq 1 193,58 dollar olub.