Bu ilin yanvar-avqust ayında Dövlət Gömrük Komitəsi tərəfindən 461 cinayət xarakterli fakt aşkarlanıb.
Komitədən AZƏRTAC-a bildirilib ki, bunlardan 143-ü narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar fakt, 308-i isə qaçaqmalçılıq və digər cinayət xarakterli faktdır.