XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

14 Sentyabr 2018 - 18:33

BP “Qobustan”nın pay bölgüsündə 61 faiz iştirak payı əldə edib –Baş ofisdən açıqlama  

 

BP şirkəti Azərbaycanda mövcud “Qobustan” Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) 61 faiz iştirak payı əldə edib.

BP-nin Bakı ofisindən AZƏRTAC-a bildirilib ki, bu pay “Arawak Energy” şirkətinin filialı və “Vitol” Qrupun bir hissəsi olan “Commonwealth Gobustan Limited” şirkətindən alınıb və həmin şirkətə məxsus iştirak payının bir hissəsidir.

“Bu sövdələşmənin bir hissəsi olaraq, həmçinin SOCAR-ın da təsdiq etdiyi kimi BP həmin müqavilə sahəsində potensial perspektiv strukturu qiymətləndirmək məqsədilə bir axtarış-kəşfiyyat quyusu qazacaq və bu quyu ilə bağlı əməliyyatların operatoru olacaq. Quyunun 2019-cu ilin ikinci yarısında qazılması planlaşdırılır”, – deyə BP-nin məlumatında qeyd olunur.