XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

14 Sentyabr 2018 - 19:00

Rusiya Mərkəzi Bankının sədri:“Neftin qiyməti 55 dollara qədər ucuzlaşacaq”  

 

Rusiya neftin qiymətinin 2020-2021-ci illərdə mərhələli şəkildə ucuzlaşacağını nəzərdə tutur.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina deyib.

O bildirib ki, Rusiya Mərkəzi Bankı 2020-2021-ci illərdə neftin bir barrelinin qiymətinin 55 dollara düşəcəyini proqnozlaşdırır: “Biz təklif və tələbatın mövcud balansını nəzərə alaraq neftin qiyməti üzrə proqnozu dəyişdik. 2020-2021-ci illərdə neftin bir barrelinin qiymətinin tədricən 55 dollar səviyyəsinə düşəcəyini nəzərdə tuturuq”.