XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

15 Sentyabr 2018 - 18:54

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi artıb- 21 faiz

Bu ilin yanvar-avqust aylarında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 2 393 452,16 min ABŞ dolları təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur.

“Report” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabata əsasən, bu müddətdə həmin ölkələrə ixrac 13% artaraq 682 850,51 min dollar, Azərbaycanın MDB-dən idxalı isə 24% artaraq 1 710601,65 min dollara çatıb. Beləliklə, Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin mənfi saldosu 33% artaraq 1 027 751,14 min dollar təşkil edib.

Qeyd edək ki, ölkə üzrə cəmi ixracın 5,30%-i, idxalın isə 24,92%-i məhz MDB ölkələri ilə həyata keçirilən əməliyyatların payına düşüb.