XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2018 - 10:30

Robortlar iş yerlərinin 50 fazini tutacaq –Dünya İqtisadi Formu hesabat yaydı

Yeni araşdırmaya görə, 2025-ci ilə qədər dünyadakı iş yerlərinin yarısını robotlara həvalə ediləcək- yəni insan əməyini robot əvəz edəcək.

Dünya İqtisadi Formunun sentyabrın 17-də yaydığı araşdırmasına görə, əmək bazarında robotların idarə etdiyi işlər 8 ilə 50%-ə qədər artacaq: “Bu gün robotlar dünyadakı iş yerlərinin 29%-də çalışırlar”-deyə İsveçrədə yerləşən qeyri-kommersiya təşkilatı bildirir. “İş yerlərinin gələcəyi” adlı hesabtada qeyd edilir ki, hazırda katiblik, poçt, müştəri xidmətləri kimi sahələrdə robotlar insanları əvəzləyir.

Bununla belə “insan əməyi”nin gərəkli olduğu sahələrdə – satış, marketinq kimi elektron ticarət və ya social mediaya bağlı olan səhələrdə insan əməyinə tələbat artırılmalıdır.

Qurum hökümətlərə davamlı və işçilər üçün iş yerini itirmək təhlükəsi olmayan işyerləri şəbəkəsi yaratmağı tövsiyyə edir (azadliq.org)