Bu ilin yanvar-avqust aylarında ölkənin neft sektoruna 3 milyard 972,6 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, səkkiz ayda neft sektorunda 21 milyard 979,7 milyon manat dəyərində məhsul istehsal olunub. Sənayenin neft sektorunda istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artıb. Bu sektorda istehsal olunmuş əlavə dəyər isə 0,4 faiz çoxalıb. Sənaye məhsulunun 73 faizi mədənçıxarma sektorunda istehsal olunub.
Cari il avqustun 1-nə olan məlumata görə, iqtisadiyyatın neft sektorunda 33,7 min nəfər çalışıb. Yanvar-iyul aylarında neft sektorunda nominal əməkhaqqı 3 min 142,7 manat təşkil edib.