XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

21 Sentyabr 2018 - 09:09

Azərbaycana bu il ən çox sərmayə qoymuş ölkələrin adı açıqlandı –SİYAHI  

 2018-ci ilin yanvar-avqust aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3631,1 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2915,0 milyon manatı (80,4 faizi) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarına məxsus olub.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 61,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10,3 faizini əsaslı təmir, 8,9 faizini cari təmir, 19,1 faizini isə digər tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 79,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.