XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2018 - 09:41

“Trampın tvitləri daha neftin qiymətinə təsir edə bilmir” –Vüqar Bayramov qlobal bazarda baş verən dəyişiklikləri şərh edir

OPEC.jpg

“OPEK və bu təşkilata üzv olmayan ölkələrin son birgə toplantısında hasilatın artırılması ilə bağlı qərarın qəbul edilməməsinə qlobal neft bazarı qısa zamanda reaksiya verdi. “Brent” markalı neftin bir barelinin dünya bazar qiyməti 2015-ci ildən sonra ilk dəfə olaraq 80 dollarlıq psixoloji həddi keçib. Bu, Azərbaycan neftin hər barelinin 80 dollardan daha baha satılması deməkdir. Bir tərəfdən, OPEK+ razılıq əldə edə bilmədi, digər tərəfdən isə ABŞ-ın İrana tətbiq etdiyi sanksiayalar qobal təklifin gündəlik 1.1 milyon barel azalmasına səbəb olur. Bu isə tələb və təklif arasında fərqin genişlənməsinə və nəticədə neftin dünya bazar qiymətində artımlara gətirib çıxarmaqdadır”.

Strateq.az xəzbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Ekspert xatırladır ki, OPEK-in son toplantasından sonra “JP Morgan” “Brent” markalı neftin hər barelinin qiymətinin yaxın zamanlarda 90 dollara çatacağını proqnozlaşdırıb: “Digər tərəfdən, dünya üzrə ümumi iqtisadi tempin bir müddət öncə azalmasına rəğmən, neftə tələbin artması müşahidə edilməkdədir. Xüsusən, Çin və Hindistanda neftə tələbin artması qeydə alınır. Növbəti 20 ildə isə neftə olan tələbin gündəlik 14.5 milyon barrel artacağı proqnozlaşdırılır ki, bu da 2040-ci ildə gündəlik 111.7 milyon barel istehlak deməkdir”.

vuqarbayram-1.jpg

Vüqar Bayramov qeyd edir ki, ABŞ Prezidenti Trampın tvitləri də artıq neft bazara təsir göstərmir: “Əslində bu tvitlərdə məqsəd qiymət azalmalarına nail olmaqdan daha çox, Birləşmiş Ştatlar Administrasiyasının yüksək qiymətlərdən heç də məmnun olmadığını nümayiş etdirməkir. ABŞ neftin qiymətinin stabilləşdirilməsi üçün tvitlərdən başqa real heç bir addım atmaqda maraqlı görsənmir”. İqtisadçı bu yaxınlarda sanksiyalara məruz qalan İranın OPEK toplantısından öncə yeni razılaşmaya imkan verilməyəcəyini bəyan etməsini və buna nail olduğunu xatırlatdı:

“300 milyard barreldən çox neft ehtiyatları ilə dünyada ən zəngin neft rezervinə malik olan Venesuelada isə iqtisadi böhran neft sektorunu da bürəməkdədir. ABŞ-ın mesajlarına dəstək olan Səudiyyə Ərəbistanı isə bu ilin dekabr ayında keçiriləcək OPEK-in növbəti toplantısında hasilatın artırılması ilə bağlı qərar qəbul etməyə çalışır”.

V. Bayramov qedy edib ki, Azərbaycanın gündəlik neft ixracatın 641 min barrel olduğunu nəzərə aldıqda, qiymətin 10 dollar atması konsursium daxil olmaqla ölkə üçün 6 milyon 410 min dollar gündəlik gəlir deməkdir: “Bu vəsaitdən xərc çıxalandan sonra qalan mənfəətin 75 faizi ölkəmizə çatır. Göründüyü kimi, neftin dünya bazar qiymətindəki artımlar Azərbaycan üçün əlavə valyuta daxil olmaları deməkdir”.

Ekspertin qənaətincə, bu ilin noyabr ayı neft bazarı üçün əhəmiyyətli olacaq: “Həmin ay ABŞ-da aralıq seçkilər keçirilir və bu seçim nəticəsi hətta Ağ Evdə belə dəyişikliklərə səbəb ola bolər. Digər tərəfdən, ABŞ noyabradək İrandan neft idxalını dayandırmayanlara sanksiya tətbiq etməyi planlaşdırır. Göründüyü kimi, dünya neft bazarında qlobal oyun qaydalarına yenidən dəyişikliklər edilir”.

Strateq.az