XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2018 - 10:10

Birjalarda neft bahalaşır –Azərbaycan neftinin qiyməti 82 dolları ötüb

 

Dünya birjalarında neftin qiyməti artmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar bahalaşaraq 81,73 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,19 dollar artaraq 72,31 dollar olub.

Azərbaycan neftinin qiyməti də yenidən bahalaşıb.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar bahalaşaraq 82,98 dollar təşkil edib.